Maide.az

Çinin ən qədim Quran nüsxəsi sərgiyə çıxarılıb

Çinin ən qədim əlyazma Qurani-Kərim nüsxəsi Çinghay vilayətinin Cihzi məscidində sərgiyə çıxarılıb.   Maide.Az İQNA-a istinadla xəbər verir ki, sərgiyə çıxarılmış qədim əlyazma Quran nüsxəsini hər gün 6 min nəfər ziyarət edir.   Ziyarətə gələnlər Çinghay, Qansu və qoşnu vilayətlərdə yaşayan müsəlmanlardır.   Bu qədim əlyazma Quran nüsxəsinin tarixi baxımdan 11-13 əsr arası yaşı olduğu ehtimal edilir.   Bu nüsxə 30 cüz və 867 səhifədir. Çəkisi isə 13 kq-dır.   2007-ci ildə bu nüsxə Mədəni İrs Mütəxəssisləri tərəfindən təmir və bərpa edilib. Həmin ildə də şüşə qoruyucuda saxlanılır.