Maide.az

Çin dünyanın ikinci ən iri SES-in inşasına başlayıb

Çin Tzinşa çayında dünyanın ikinci ən iri “Bayxetan” su elektrik stansiyasının inşasına başlayıb.   Qeyd olunan layihə hazırda dünyada inşa olunmaqda olan ən iri SES-dir.  Onun tikintisini 2022-ci ildə başa çatdırmaq planlaşdırılır. SES tam istifadəyə verildikdə onun gücü  16 QVt, orta illik elektrik enerjisinin istehsalının həcmi isə 60,24 teravatt/saat təşkil edəcək.   Tzinşa çayında SES üçün bəndin ucaldılmasına 2008-ci ildə başlanılıb. İnşası 2021-ci ildə başa çatdırıldıqdan sonra o Çinin üçüncü, dünyanın isə sayca 4-cü ən iri bəndi olacaq.      Hazırda dünyada ən iri SES Yantzı çayındakı Çinə məxsus “Üç dərə” stansiyası hesab edilir. (apa) /