Maide.az

Çində gəminin batması nəticəsində 18 nəfər itkin düşüb

Mekonq çayının Çin ərazisinə düşən hissəsində (Lançan çayı) gəminin batması nəticəsində 18 nəfər itkin düşüb.   Maide.Az yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə Yünnan vilayətinin Sişuanbanna Day muxtar prefekturasında səhər erkən saatlarda baş verib.   Hadisə yerinə gələn yardım qüvvələri 9 nəfəri xilas edib. Hazırda itkin hesab olunan 18 nəfərin axtarışları davam edir.   Qəzanın səbəbləri aydınlaşdırılır.