Maide.az

Çində güclü zəlzələ baş verib

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.   Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan şöbəsi xəbər yayıb.   Zəlzələ saat 02:58-də (GMT+4) qeydə alınıb. Zəlzələnin episentri Şuymoqouda (Sincan-Uyğur Muxtar Bölgəsində şəhər dairəsi) yerləşib.   Dağıntı və itkilər barədə məlumat verilməyib.