Maide.az

Çində zavodda torpaq sürüşdü, 7 nəfər itkin düşdü

Çində sement zavodunda torpaq sürüşməsi nəticəsində 7 nəfər itkin düşüb.   “Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.   Bildirilib ki, hadisə Çinin cənub-qərbində Quyçjou əyalətində baş verib.   Məlumata görə, sürüşmə nəticəsində xəsarət alanlar da olub. Onlar xəstəxanaya yerləşdiriliblər.   Dağıntı altında qalanların axtarışı davam edir.