Maide.az

Çində naməlum xəstəlik növü yayılıb

Çində pnevmoniyanın naməlum növünə yoluxanların sayı günbəgün artır.    "Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, artıq xəstələrin sayı 44-ə çatıb. Onlarla təmasda olan 121 nəfər də aşkar edilərək həkim nəzarətinə verilib.   Hazırda xəstələr ətraf mühitdən təcrid vəziyyətdə saxlanılır.