Maide.az

Çində 4,5 bal gücündə zəlzələ baş verib

Çinin paytaxtı Pekindən 130 km şərqdə yerləşən Tanşan şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə Çinin Seysmoloji mərkəzi bildirib. Yeraltı təkanlar yerli vaxtla saat 08:02-də qeydə alınıb. Zəlzələnin episentri Fennan rayonu ərazisində, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.