Maide.az

Çində körpü uçub: ölənlər var

Çinin şərqindəki Tsyansu vilayətində körpü uçub.   Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.   Məlumata əsasən, hadisə nəticəsində ən azı üç nəfər ölüb, 2 nəfər yaralanıb.   Bildirilir ki, hadisə oktyabrın 10-da yerli vaxtla saat 18:10-da Usi şəhəri yaxınlığındakı yüksək sürətli yolun bir hissəsində baş verib.   Qəza zamanı körpünün altında üç nəqliyyat vasitəsi park edilib: onlardan birində heç kim olmayıb, digər iki avtomobildə olan üç nəfər həlak olub.