Maide.az

Çində daşqınlar 19 nəfəri öldürdü

Çinin cənubundakı Quandun əyalətində daşqınlar 19 nəfərin həyatına son qoyub.   Bölgədə bir neçə gündür ki, güclü yağışlar davam edir.   Daha 3 nəfər itkin düşmüş hesab olunur.   Daşqınlar ümumilikdə 357 mindən çox sakinə ziyan vurub. 50 min hektara yaxın əkin sahəsi məhv edilib. /trend /