Maide.az

Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 47-ə çatıb

Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 47-ə çatıb.   Maide.Az -in məluamtına görə, partlayışdan sonra 16 yerli xəstəxanaya 640-a yaxın müxtəlif dərəcəli xəsarət alan çatdırılıb.   Vilayət hakimiyyəti bildirib ki, tibbi yardımın göstərilməsinə 3,5 min tibb işçisi, 90 tibbi yardım maşını cəlb olunub.   Yaralananlardan 32-si kritik vəziyyətdədir, 58 nəfərin vəziyyəti isə ağırdır.   Qeyd edək ki, 2015-ci ildə  Tszyansu vilayətdə kimyəvi zavodda baş vermiş partlayışda 165 nəfər həyatını itirmişdi.