Maide.az

Çində 5,1 bal gücündə zəlzələ

Çinin şimal-qərbindəki Sintszyan-Uyğur muxtar rayonunda Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib. Maide.az bildirir ki, Trend-in məlumatına görə, yeraltı təkanlar Kaşqar mahalında qeydə alınıb. Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində olub. Hadisə nəticəsində insan tələfatı və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.