Çində kimya zavodunda partlayış baş verib: 6 ölü, 7 yaralı
Çinin Hebey əyalətində kimya zavodunda partlayış baş verib. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, Sinle şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 7 nəfər xəsarət alıb. Xəsarət alanlar insidentdən dərhal sonra xəstəxanaya yerləşdiriliblər, onlardan 2-nin vəziyyəti çox ağırdır. Partlayışın səbəbi araşdırılır.