Çində sel: 16 nəfər həyatını itirib
Çində sel və daşqınlar nəticəsində ən az 16 nəfər həyatını itirib. Maide.Az “dunyabulteni”ə istinadən xəbər verir ki, ölkənin cənubunda yağan güclü yağışlar sel və daşqınlara səbəb olub. Sel və tufan səbəbindən 92 min nəfər yaşadıqları ərazidən evakuasiya olunub. Son bir həftədə təbi fəlakət bölgəyə 435 milyard dollar ziyan vurub. Bölgədən evakuasiya prosesinin davam etdiyi bildirilir.