Maide.az

Çində tikinti kranı aşıb: 7 ölü

Çinin Quandun əyalətində Punin şəhərində tikinti kranı avtomobilin üstünə aşması nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb.   Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda CCTV telekanalı xəbər verib.   Qeyd olunur ki, hadisə iyulun 11 günün ikinci yarısında baş verib. Həlak olanların hamısı hadisə yerindəcə ölüb.