Maide.az

Çində avtobus yük maşını ilə toqquşub: 12 ölü

Çinin şərqində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 12 nəfər olüb.    Bu haqda Sinxua agentliyi xəbər verir.   Hadisə mayın 15-i axşam Tzansi əyalətində İntan şəhərində sürətli yolda baş verib.   İnsident nəticəsində avtobusun sürücüsü də daxil olmaqla ümumilikdə 30 nəfər xəsarət alıb.   Polis yük maşınının sürücüsünü saxlayıb, araşdırma aparılır.(Trend)