Maide.az

Çində 20-dək maşın toqquşaraq yanıb, ölənlər və yaralananlar var

Çinin cənubunda 19 avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.   APA-nın RİA "Novosti”-yə istinadən verdiyi xəbərə görə, yol qəzası Quandun vilayətində  baş verib.   Toqquşma nəticəsində bir  neçə avtomobil alışıb.   Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib. /