Maide.az

Çində kişi bağça uşaqlarına bıçaqla hücum edib, 11 uşaq xəsarət alıb

Çinin Pinsyan şəhərində naməlum şəxs uşaq bağçasında tərbiyə alanlara bıçaqla hücum edib. Nəticədə 11 uşaq zərər çəkib.   SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, hücum edən şəxs polis tərəfindən ələ keçirilib.   Xəsarət almış uşaqlar xəstəxanaya yerləşdiriliblər. Onların həyatı üçün təhlükə yoxdur.