Çində dünyanın ən uzun eskalatoru açılıb - VİDEO
Çinin Hubey vilayətində dünyanın ən uzun eskalatoru açılıb. Faktxəbər-in məlumatına görə, bu barədə "Life" agentliyi yazıb. Məlumatda bildirilir ki, eskalatorun uzunluğu 700 metr təşkil edir. Onun tikintisi üçün ancaq ekoloji təmiz materiallardan istifadə edilib. Həmçinin məlumatda qeyd edilir ki, eskalatorla getmək zamanı təxminən 18 dəqiqə təşkil edir. Qeyd edək ki, bu eskalator dünyanın ən gözəl təbiətli mənzərəyə baxmağa gələn tənbəl turistlər üçün nəzərdə tutulub. /