Maide.az

Çində dünyanın ən yaşlı sakini ölüb

  Çinin Çendu şəhərində yaşayan dünyanın ən yaşlı sakini Fu Sutsin 120 yaşında dünyasını dəyişib.    FaktXəbər-in məlumatına görə, bu barədə "Sinhua" agentliyi yazıb.   Məlumatda bildirilir ki, qadının 100-ə yaxın nəvəsi, nəticəsi və kötücəsi olub.   Qeyd edək ki, Sutsin 19 iyul 1897-ci ildə anadan olub.     "The World Records Flag Carry" Təşkilatı onu dünyanın ən yaşlı insanı tanıyıb. /