Maide.az

Çində “ağıllı” vintaçan təqdim olundu

  Çinin “Xiaomi” şirkəti daha bir “ağıllı” cihaz – elektrik vintaçan təqdim edib.    “UberGizmo” nəşrinə istinadən verilən məlumata görə, “Wowstick” adlanan avadanlıq komplektdə 6 başlığı olan adi qələmi xatırladır. Bundan başqa, daha geniş formada – 18 başlıqlı komplekt seçimi də mövcuddur.    Vintaçanın daxilində akkumulyator quraşdırılıb. Nəşrin məlumatına görə, yeniliyin qiyməti 30 dollar olacaq.    Xatırladaq ki, bir müddət öncə “Xiaomi” şirkəti “MiVR” smartfonu üçün virtual reallıq dəbilqəsini təqdim etmişdi. (lent.az) /