Çində sel və daşqınlarda 112 nəfər ölüb və ya itgin düşüb
Çində son günlər yağan yağışlar nəticəsində Yanq Tese çayının suyu daşıb və hadisə nəticəsində 112 nəfər həlak olub və ya itgin düşüb. Maide.Az xəbər verir ki, güclü yağış bu çayın ətrafında yaşayan ölkənin 16 milyon əhalisinin yaşayışına mənfi təsir göstərib. Çinin cənub bögləsində yay aylarında həmişə güclü yağışlar və daşqınlar baş verir,lakin bu il yağıntıların səviyyəsi daha da çoxalıb.