Çində tufan beş nəfərin ölümünə səbəb oldu
Güclü tufan Çinin cənub bölgələrini təsirinə məruz qoyub. Bölgədə yaşayan on minlərlə insan evakuasiya edilib. "RİA Novosti" -nin məlumatına görə, təbii fəlakət nəticəsində ən azı beş nəfər həlak olub, 160-dan çox insan yaralanıb. Çin Milli Meteorologiya Mərkəzindən bildirilib ki, saatda 180 km sürətli külək və güclü yağış gözlənilir. /