Çindəki partlayışlar araşdırılır
Çinin liman şəhərindəki böyük partlayışların səbəbi araşdırılır. Avqustun 12-də Tiantsin şəhərindəki partlayışlarda azı 50 nəfər həlak olub. Onların içində onlarla yanğınsöndürən də var. 700 nəfər xəsarət alıb. 71-nin durumu ağırdır. Avqustun 14-də xilasedicilər bir nəfəri dağıntılar içindən çıxarıblar. Partlayış təhlükəli maddələr olan anbardan başlayıb. Titrəyişlər bir neçə kilometr uzaqda da hiss olunub./