Maide.az

Çində göyərtəsində 400 sərnişinin olduğu gəmi batıb

Çinin şərqində Yantsı çayında göyərtəsində 400 sərnişinin olduğu gəmi qəzaya uğrayıb.   “Şərq Ulduzu” adlı çay gəmisi Hubey əyalətində batıb.   Gəminin Nankin-Çuntsin marşrutu ilə hərəkət etdiyi bildirilir. Hazırda hadisə yerində xilasedici tədbirlər həyata keçirilir. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.