Maide.az

Çində avtobus uçuruma yuvarlandı: 30 ölü

Çinin Şensi əyalətində avtobus qəzaya uğrayıb, təqribən 30 nəfər həlak olub. Bu barədə Trend “Sinxua” agentliyinə istinadən məlumat verir.   Avtobusda 40-dan çox sərnişin olub. Nəqliyyat vasitəsi Sanyan şəhəri yaxınlığında yoldan çıxaraq 30 metrlik uçuruma yuvarlanıb./