Maide.az

Çin Bayden administrasiyasını Trampın səhvlərini təkrarlamamağa çağırıb

Hazırkı ABŞ administrasiyası ÇXR-ə qarşı münasibətdə keçmiş Donald Tramp hökumətinin yürütdüyü səhv siyasəti davam etdirir.   APA TASS-a istinadən xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibinin müavini Uendi Şermanla görüşdə səsləndirib.   “ABŞ-ın yeni hökuməti bütünlüklə əvvəlki rəhbərliyin Çinə qarşı apardığı səhv siyasəti davam etdirir, Çinə qarşı təzyiqləri artırır və biz qətiyyətlə buna qarşıyıq”, - deyə çinli nazir bildirib.   Onun sözlərinə görə, bu problemlər Çinin ABŞ tərəfindən yanlış qəbul edilməsindən irəli gəlir.