Maide.az

Çin Aya uçmaq üçün yeni kosmik gəmi hazırlayır

Çində Aya və uzaq kosmosa uçuşlar üçün nəzərdə tutulmuş yeni nəsil kosmik gəmi hazırlanır.   Trend-in məlumatına görə, bu barədə Space.com internet portalı bildirib.   Məlumata əsasən, hələ rəsmi bir ad almamış yeni gəmi iki seqmentdən - heyət üçün təkrar istifadə edilə bilən moduldan və enerji modulundan ibarət olacaqdır. Gəminin uzunluğu 9 metrə çatır, işə düşən kütləsi isə 20 tondur.   Yeni gəminin ilk pilotsuz uçuşunun 2020-ci ilin ilk yarısında həyata keçirilməsi gözlənilir.