Maide.az

Çin Antarktidada aerodrom tikəcək - Gələn il

Çin Antarktidada aerodrom tikintisinə 2018-ci ildə başlayacaq. Trend-in məlumatına görə, bu barədə Çin Dövlət Okeanoloji İdarənin Qütb Tədqiqatları İnstitutunun direktor müavini Sun Bo bildirib.   S.Bo deyib: "İlk əvvəl aerodromda uçuş-eniş zolağı fəaliyyət göstərəcək, ona görə tikinti çətin olmayacaq. Bizə yalnız münasib sahəni seçmək və onu lazımi vəziyyətə gətimək lazımdır".   Onun sözlərinə görə, aerodrom Çinin "Çjunşan" arktik stansiyası yaxınlığında salınacaq.