Imam Rzanın (ə) mübarək qəbri müctəhidlər tərəfindən təmizlənib- FOTO
Imam Rzanın (ə) mübarək qəbri müctəhidlər tərəfindən təmizlənib. Maide.Az xəbər verir ki, Xanım Məsumə (s) və İmam Rza (ə) mövlud günləri (Kəramət günləri) ilə əlaqədar müctəhidlər ayətullah Məkarim Şirazi, Cəfər Subhani və Murtəzəvi İmam Rzanın (ə) qəbrinin zərihinin içində təmizlik işlər aparıblar. Qəbrin təmizlənməsi işində müctəhidlərlə yanaşı bir sıra tanınmış alimlər, Xorasan Rəzəvi əyalətinin rəsmiləri də iştirak ediblər. 4 avqust - 1 zilqədə - İmam Rza (ə) bacısı həzrət Məsumənin (s) viladəti və 14 avqust - 11 zilqədə - İmam Rzanın (ə) viladəti günüdür.