Maide.az

Şimali Koreyanın buraxdığı raket Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb

Şimali Koreyanın buraxdığı ballistik raket Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb.   APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaponiya nazirlər kabinetinin baş katibi Yosixide Suqa bəyan edib.   “Yerli vaxtla saat 05:58-də buraxılan raket 06:06 radələrində Hokkaydo adası üzərindən uçaraq Sakit okeana düşüb”, deyə hökumət rəsmisi qeyd edib.   Onun sözlərinə görə, raket Hokkaydo adasından 1180 km aralıda suya düşüb. İlkin hesablamalara əsasən, raket 2 700 km məsafəni qət edib. BMT qətnamələrinin pozulduğunu qeyd edən Y.Suqa rəsmi Pxenyana qarşı cavab tədbirlərin görüləcəyini bəyan edib.