Maide.az

Şimal bölgəsinə 30 sm-dək qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.   APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanvarın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.   Qarın hündürlüyü Qubanın Xınalıq kəndində 30, Qırızdəhnədə 15, Xaltanda 12, Qubanın mərkəzində isə 7 santimetrdir.   Qusarın Ləzə kəndində 25, Xızının Altıağac qəsəbəsində isə 8 santimetr qar qeydə alınıb.   Ən aşağı temperatur Qubanın Xınalıq və Qusarın Ləzə kəndlərində olub. Bu ərazilərdə temperatur mənfi 15 dərəcəyədək düşüb.