Maide.az

Çikaqoda polis zorakılığı əleyhinə aksiya keçirilib

ABŞ-ın ən böyük şəhərlərindən biri, İllinoys ştatının Çikaqo şəhərində polisin qaradərililərə qarşı kobudluğuna qarşı etiraz aksiyaları keçirilib. Maide.az xəbər verir ki, etiraz aksiyasında iştirakçılar federal və ştat qanunlarında ədalətin icra olunması və irqi ayrı-seçkiliyə son qoyulmasını tələb ediblər.  Çikaqo polis idarəsi uzun müddətdir ki, qaradərililərdən sui-istifadə edir. Belə ki, polisin qaradərililərə atəş açması hal-hazırda həddən artıq çoxalıb.. Çikaqoda silahlı insidentlər böyük ictimai problemə çevrilib və bu şəhərin yoxsul sakinli bəzi bölgələrində cinayətkar mafiyaların olmasına görə, şəhərdə silahlı insidentlər Amerikanın digər şəhərləri ilə müqayisədə çoxdur. /