İşid bu dəfə də Şis Peyğəmbərin məscidini partlatdı -VİDEO
Maide.az-ın verdiyi məlumata görə, İraqın Mosul şəhərində Həzrət Şis Peyğəmbərin məscidi İraq Şam İslam Dövləti terror qruplaşması tərəfindən partladılıb. Partlama anını sosial şəbəkələrdə paylaşan şahidlərin dediklərinə görə, məscid cümə namazından sonra terroçular tərəfindən boşaldılıb və içəri bombalar yerləşdirilərək, uzaqdan idarəetmə ilə partladılıb. Partlama anı kameralar tərəfindən qeydə alınıb. Qeyd edək ki, Şis Peyğəmbərin məscidi 1057 hicri ilində Osmanlı valisi Mustafa Paşa tərəfindən inşa edilib.