Maide.az

Şiə din xadimi 8 il sonra sərbəs buraxıldı

Səudiyyə Ərəbistanı hökuməti tərəfindən həbs olunan şiə din xadimi 8 ildən sonra sərbəst buraxılıb. Bildirilir ki, sərbəst buraxılan din xadimi Şeyx Tofiq əl-Əmirdir. Sərbəst buraxılan din xadimi əş-Şərqiyə bölgəsinə yollanıb və xalqın böyük sevinci ilə qarşılanıb.   Qeyd olunur ki, Şeyx Tofiq əl-Əmir 2011-ci ildə konstitusiyanın dəyişdirilməsinə etiraz etdiyi üçün həbs olunmuşdu./ Eastnews.org/