Şiə bəy və sünni gəlin evlilik silahı ilə `İŞİD`i vurdu
FaktXəbər-in verdiyi məlumata görə, İŞİD-in terror hücumları ilə əlaqədar İraqın Mosul şəhərindən Bağdada qaçan şiə gənclə sünni qız dünən evləniblər. Birləşmiş Ərəb Əmirliyində yayımlanan «Əl-Bəyan» qəzetinin verdiyi məlumata görə, 25 yaşındakı Muhamməd Haris Yusif və 20 yaşındakı Rayəm İŞİD-in vəhşi hücumları nəticəsində İraqın müxtəlif bölgələrindən qaçan gənclərdir. Bəy evlənmə qərarları ilə əlaqədar bunları deyib: «Biz bu evliliyimizlə məzhəbçiliyik təməlinə əsaslanan hər cürə şiddətə qarşı olduğumuzu və İraqın bölünməz bir bütün olduğunu hər kəsə bildirmək istəyirik. Həyat yoldaşım və mən, ikimiz də Mosulluyuq. Mənim şiə, xanımımın sünni olması gördüyünüz kimi həyatımızın ən önəmli qərarı olan evliliyimiz üçün əngəl təşkil etmir. Bunu artıq hər kəs anlasın». Evlilik mərasimində iştirak edən İraq Parlamentinin nümayəndəsi Ahlam əl-Hüseyni çox yaxına Mosul şəhərində də bu tərz toylara şahid olacaqlarına ümidini ifadə edib.