Human Rights Watch: Səudiyyə Ərəbistan beynəlxalq qanunları pozur
“Human Rights Watch” beynəlxalq insan haqlarını müdafiə təşkilatı son hesabatında Səudiyyə Ərəbistanın Yəməndə cinayətlər törtədiyini, beynəlxalq qanunları pozduğunu və Amerika ilə Britaniyanın bu rejimə silahsatdığını açıqlayıb. Maide.azxəbər verir ki, “Human Rights Watch” beynəlxalq insan haqlarını müdafiə təşkilatının “Amerika bombaları Yəmən əleyhinə” adlı yayımladığı hesabatında bildirilir ki, Amerika və İngiltərənin Səudiyyə Ərəbistanın Yəmənə qarşı təcavüzündə rolu var. Hesabatda bildirlir: “Belçikanın paytaxtı Brüsseldə baş verən terror hadisəsindən bir həftə öncə Səudiyyə Ərəbistanın qırıcıları Yəməndə bir bazarı bombalamışdı. Həmin hücum nəticəsində 106 nəfər həyatını itirdi, Brüsseldə isə 36 nəfər öldü. Yəməndə ölənlərin sayı dəfələrlə çox olsada dünya mətbuatı bu hücuma göz yumdu ,həmçinin dünya mətbuatı ötən il ərzində Ərəbistanın Yəmənə vəhşicəsinə hücumlarına göz yumur. Amma daha pisi odur ki,Qərb ölkələri Səudiyyə Ərəbistanı silah satmaq və hərbi yardımla dəstəkləyirlər. Səudiyyə Ərəbistan 2015-ci ildə Amerikadan 20 milyard dollar, İngiltərədən isə 4 milyard dollar dəyərində silah alıb.” Hesabatda bildirilir ki, dünyada Ərəbistandan sonra ikinci silah idxalçısı BƏƏ-dir ki, bu ölkə Yəmənə təcavüzdə Səudiyyə Ərəbistanın şərikidir.”Səudiyyə Ərəbistan dinc sakinlərə hücum edir, hücumlarında qadağan olunmuş silahlardan istifadə edir. Hava hücumları zamanı məktəb, xəstəxana ,bazar və evlərə hücumlar edir ki, bu da dinc sakinlərin ölümünə səbəb olur." /