Humanitar fəlakət yaşayan Hələb sakinləri - VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, BMT-nin Humanitar məsələlərin koordinasiyası üzrə mətbuat xidmətinin rəhbəri Yens Lerke Cenevrədə Hələbdəki vəziyyətlə bağlı çıxışı zamanı şəhərin su və elektrik təchizinin dəhşətli nəticələri barədə danışıb. Onun sözlərinə görə, bu həftə Hələbdə mülki infrastruktura hücum zamanı şəhərin iki milyondan artıq sakini işıqçsız və susuz qalıb. «Quyu və rezervuarlarda olan su sakinlərin tələbatını ödəmək üçün kifayət deyil. Əgər vəziyyət düzəlməsə, bu milyonlarla sakinlər üçün dəhşətli nəticələr ortaya qoyacaq», deyə BMT-nin nümayəndəsi bildirib. Qeyd edək ki, bundan əvvəl BMT-nin Uşaq Fondu (YUNİSEF) istilər zamanı su çatışmazlığına görə Hələbdə olan uşaqlarının həyatının təhlükədə olduğunu bəyan etmişdi. /