Hudeyda və ətraf bölgələrdə atəşkəs haqqında razılıq əldə olunub
Yəmənlilər Hudeyda və onun ətraf bölgələrində təcili atəşkəsin əldə olunmasına dair saziş layihəsi ilə razılaşıb. Maide.Az “almayadeen” saytına istinadən xəbər verir ki, saziş layihəsinə əsasən Hudeyda şəhəri və onun limanı, Əs-Salif, Rəs İsa bölgələrində təcili atəşkəs elan olunur. Münaqişənin hər iki tərəfindən qüvvələr adı çəkilən bölgələrdə yerləşdiriləcək. Saziş layihəsinə əsasən, Yəmən tərəfi Hudeydə bölgəsinə heç bir hərbi texnika yerləşdirməyəcək və şəhərdəki mövcud hərbi texnikaları çıxaracaq. Qeyd edək ki, ötən həftənin cümə axşamı günündən Yəmən böhranı və sülh müzakirələri Cenevrədə aparılırdı. Danışıqlar bu gün başa çatıb. BMT baş katibi Antonio Guterres bu gün müzakirələrin sonunda keçirdiyi mətbuat konfransında qeyd edib ki, müzakirələrdə Yəmən böhranının həlli üçün çox önəmli nəticələr əldə olundu. Təzz əyalətində işlərin daha rahat aparılması haqqında razılıq əldə etdik. Müzakirələr Yəməndə böhranın siyasi danışıqlar yolu ilə tam həllinə çatana kimi davam etdirilməlidir.