Maide.az

Hudeyda limanını yenidən hədəfə aldılar

Maide.Az eastnews.org-a istinadla xəbər verie ki, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya əs-Səri Hudeyda limanında baş verənlərlə bağlı açıqlama verib. Yəhya əs-Səri açıqlamasında bildirib ki, Hudeyda limanına dünən axşam saatlarında aviazərbə endirilib. "Aviazərbəni Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri endirib. 3 nəfər balıqçı hücum zamanı həlak olub. Limanda hal hazırda humanitar gəmilərin daxil olması qadağası tətbiq olunur. Çünki gəmilər daxil olsa işğalçılar bu gəmiləri də vuracaqlar", - deyə Yəhya əs-Səri diqqətə çatdırıb. O, qeyd edib ki, bölgədə hal hazırda gərginlik davam edir.