Maide.az

Hüquq müdafiəçisi Yəmənə müdaxiləni tənqid etdiyinə görə 5 il həbs aldı

Bəhreynli tanınmış hüquq müdafiəçisi “Bəhreyn İnsan Hüquqları Mərkəzi”nin sədri Nəbil Rəcəb 5 il həbsə məhkum edilib.   Maide.Az "İslaminSesi"-nə  istinadla xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.   Nəbil Rəcəb öz paylaşımlarında Səudiyyə Ərəbistanın və Bəhreynin Yəmənə müdaxiləsini və ABŞ-ın bu iki ölkəyə yardımını pisləmişdi.   Bəhreyn məhkəməsi Nəbil Rəcəbə əlavə 5 il həbs verib.   Qeyd edək ki, hal-hazırda Bəhreynin həbsxanalarında yüzlərlə siyasi məhbus var.