Maide.az

Hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa çıxıb (FOTO)

Hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa çıxıb. H. Hüseynlini Penitensiar Xidmətin Müalicə Müəssisəsinin qarşısında yaxınları qarşılayıb.   Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Elsevər Mürsəlli də var.