Maide.az

HP Azərbaycanda təhsil mərkəzi yaradır

HP şirkəti Azərbaycanda təhsil mərkəzi yaradır. Bunu Trend-ə "HP Azerbaijan" nümayəndəliyinin rəhbəri İnarə Quliyeva deyib.   İ.Quliyevanın sözlərinə görə, mərkəz geniş profilli İT-mütəxəssislər hazırlayacaq: "Onun yaradılmasında məqsəd mütəxəssislərimizin, sifarişçilərimizin və tərəfdaşlarımızın xaricə getmədən ölkədə təhsil almaq imkanı qazanmasıdır".   Mərkəzin açılma müddəti hələ müəyyən edilməyib. /