Maide.az

Hollandiya Türkiyədəki səfirini geri çağırdı

Hollandiya bir ildir Türkiyəyə girişinə icazə verilməyən Ankara səfiri Kiis Van Riyi rəsmən geri çağırıb.   Maide.Az NTV-yə istinadən xəbər verir ki, Hollandiya tərəfi Türkiyə tərəfindən də səfir göndərilməsini qəbul etməyəcəklərini açıqlayıb.   Xatırladaq ki, ötən il Türkiyədə keçirilən referendum öncəsi Ailə və Sosial Siyasət naziri Fatma Kaya təbliğat-təşviqat kampaniyasında iştirak etmək istərkən Hollandiyada saxlanılmış və məcburi olaraq ölkədən çıxarılmışdı. Bu hadisədən sonra iki ölkə arasında siyasi kriz yaranıb.   Hazırda problemin həlli üçün danışıqlar prosesi dondurulub.