`Hoffington Post` qəzeti: Amerikada milyonlarla uşaq acdır
Yayılan xəbərlərə görə, Amerikanın müxtəlif ştatlarında uşaqların aclıq və yoxsulluğu getdikcə artır. Maide.az xəbər verir ki, "Hoffington Post" qəzeti yayımladığı məlumata görə, Amerikanın Ohayo ştatında 6 yaşa qədər 220 min uşaq yoxsuldur və qara dərililər içərisində aclıq nisbəti isə ağlara nisbətən daha çoxdur. Qəzet bildirir ki, qara dərili uşaqların yarıdan çoxu (55%), İspanca danışan uşaqların 40%-i və 6 yaşdan aşağı ağdərili uşaqların isə19.1%-i Ohayo ştatında ac yaşayırlar.