Maide.az

Hökumətin 2015-ci ilə dair hesabatı Milli Məclisə daxil olub

Azərbaycan Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.   Parlamentdən verilən məlumata görə, hesabat tanışlıq üçün deputatlara paylanılıb.   Qeyd edək ki, hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.   Həmin gün keçiriləcək plenar iclasda baş nazir Artur Rasızadə hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.