Maide.az

`Hizbullah` lideri: ABŞ və Səudiyyə Livandakı parlament seçkilərinə müdaxilə edir

Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livanda keçiriləcək parlament seçkiləri ilə bağlı açıqlama verib.  Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah Livanın "Al-Akhbar" qəzetinə verdiyi açıqlamasında bildirib ki, "Hizbullah" hərəkatı çox güclənib. "Bu isə o deməkdir ki, Hizbullahı hədəf almaq daha da çətin olacaq. ABŞ və Səudiyyə Ərəbistanı Livan seçkilərində müqaviməti zəiflətmək üçün çirkli vasitələrdən istifadə edir", - deyə hərəkat lideri qeyd edib.    "Hizbullah" baş katibi əlavə edib ki, ABŞ hazırda "Hizbullah"-ın Suriya və İraqdakı fəaliyyətini gördükdən sonra regionda onlar üçün təhlükə olduğunu düşünür.