Maide.az

Hit şəhəri İŞİD-in işğalından azad edildi

İraqın müştərək əməliyyat qərargahı ölkənin qərbində yerləşən əl-Ənbar əyalətinin strateji əhəmiyyətli Hit şəhərinin İŞİD-in işğalından azad edilməsindən xəbər verib.   Maide.az xəbər verir ki, Əl-Məyadin informasiya agentliyinin verdiyi məlumata görə, İraqın müştərək əməliyyat qərargahı bu gün cümə bir bəyanat yayaraq, bildirib: İraqın terrorizm ilə mübarizə qüvvələri ordunun Hava Qüvvələrinin və beynəlxalq anti-İŞİD koalisiyasının qırıcı təyyarələrinin dəstəyi ilə Hit şəhərini İŞİD-in işğalından azad etməyi bacarıb.   Bu məlumata görə, Hit şəhərinin azad edilməsi əməliyyatında yüzdən çox terrorçu öldürülüb.   İraq ordusu 31 mart tarixində Hit şəhərinin azad edilməsi əməliyyatına başlamışdı.