Maide.az

Hindistan sionist İsrail rejimi ilə imzalayacağı müqavilədən imtina edib

Hindistan İsrail rejimi ilə  imzalamaq istədiyi 500 milyon dollarlıq hərbi müqavilədən imtina edib.    Maide.Az “Indian Express”-a istinadən xəbər verir ki, Hindistan  Müdafiə Nazildiyindəki mənbə bildirib ki, Hindistan İsrail rejimi ilə  500 milyon dollar dəyərində olan daşına bilən anti-tank mərmisinin alınmasına dair müqaviləni imzalamayıb.  Rəsmilər bu qərarın, yerli müdafiə sənayesinin inkişaf etdirilməsi məqsədi ilə verildiyini açıqlayıb.     Hindistan 2014-cü ildən İsrail rejimi ilə  tank əleyhinə mərmilərin alınmasına dair müqavilə ilə bağlı danışıqlar aparırdı.  İmzalanması gözlənilən müqaviləyə görə İsrail    Rafael şirkəti ilə  Hint Kalyanı qrup şirkəti birgə daşına bilən anti-tank mərmisi istehsal edəcəkdi.