Maide.az

Hindistan Rusiyadan 14,5 milyard dollarlıq silah və hərbi texnika alacaq

Hindistan Rusiyadan 14,5 milyard dollar dəyərində silah və hərbi texnika alacaq.   Bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.   O deyib ki, Hindistan və Rusiya arasında 14,5 milyard dollar dəyərində Rusiyadan silahların və hərbi texnikaların tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.   "Bu, çox əhəmiyyətli rəqəmdir və həqiqətən irəliləyişdir", - deyə D.Şuqayev qeyd edib. /APA