Maide.az

Hindistan polisi Kəşmirdə İmam Hüseyn (ə) əzadarlarına hücum edib (VİDEO)

Hindistan polisi  bu gün Kəşmirdə İmam Hüseyn (ə) əzadarlarına hücum edib.    Maide.Az “Mehr” agentliyinə istinadla xəbər verir ki,  Məhərrəm ayının 8-ci günündə  Kəşmirin Hindistan nəzarəti altında olan Cəmun bölgəsində keçirilən  əzadarlıq yürüşünə polisin hücumu nəticəsində çox sayda insan yaralanıb.    Polis çox sayda Əhli-beyt (ə) ardıcılını  həbs edib.    Məlumata görə, Hindistan rəsmiləri  əzadarlıqların  hökumət əleyhinə mitinqlərə çevirilməsindən qorxduğu üçün  Kəşmirdə Məhərrəm ayı əzadarlıqlarını qadağan edib.